
Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Luçano Spaletti 2026-cı ildə baş tutacaq Dünya Çempionatına qədər komandaya rəhbərlik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəhbəri Qabriel Qravina mətbuat konfransında bildirib.
Xatırladaq ki, ötən gün – iyunun 29-da İtaliya yığması Avropa Çempionatının 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) turnirlə vidalaşıb.
“Geri dönə bilmirəm, özümü irəliyə baxmağa məcbur etməyə çalışıram. Aydındır ki, komandanı cavanlaşdırmağa çalışmaqla nəsə səhv etmişəm. Amma burada qaldığım üçün işimi davam etdirəcəyəm”, - Spaletti məğlub olduqları görüşdən sonra deyib.