Qəzzada ölü və yaralıların ümumi sayı 125 minə çatır


İsrail hərbçilərinin hərbi əməliyyatlara başladığı vaxtdan Qəzzada təxminən 37,9 min insan həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı bu gün 37 min 877 nəfərə çatıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, 2023-cü ilin oktyabrından indiyədək anklavda 86 min 969 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin məlumatında, həmçinin deyilir ki son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 43 fələstinli ölüb, 111 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top