
Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi tərəflərin danışıqlara başlayacağı tarixi açıqlamadan “Əl Vətən” qəzetinə məlumat verib.
Bildirib ki, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya, həmçinin sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.
Nəşr yazır ki, Türkiyə tərəfi Moskva və Bağdaddan ikitərəfli dialoqun aparılacağı prosesin mediaya qapalı olmasını xahiş edib:
“Tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar”.
Nəşr qeyd edir ki, Ankara ilə Dəməşq arasında yaranmaqda olan yaxınlaşma ərəblərin, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının dəstəyinin nəticəsidir.