
Türkiyə bir neçə gündür meşə yanğınları ilə mübarizə aparır.
Yeniavaz.com NTV-yə istinadla xəbər verir ki, təkcə dünən – iyunun 29-da ölkənin müxtəlif yerlərində ümumilikdə 44, kənd yerlərində 30, meşə sahələrində 14 yanğın hadisəsi baş verib.
Bildirilib ki, yanğınların əksəriyyəti yanğınsöndürmə qruplarının çevik müdaxiləsi ilə nəzarətə götürülərək söndürülüb.
Qeyd olunur ki, İzmirin Səlcuq, Menderes və Çeşmə rayonlarında baş verən yanğınlarla mübarizə bu gün səhər saatlarına qədər fasiləsiz davam edib. Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı yanğınların nəzarət altına alındığını bildirib.