Avro-2024: Yağışa görə dayanan oyunda almanlar qalib gəldi – Video


Avro-2024-ün 1/8 finalında Almaniya yığması Dortmundda Danimarka yığmasını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Yeniavaz.com
xəbər verir ki, dördüncü dəqiqədə “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek rəqib qapısına qol vursa da, hakim qapıçıya qarşı qayda pozuntusunu qeydə alıb və qolu ləğv edib.
Güclü yağış, dolu və şimşək çaxması səbəbindən 36-cı dəqiqədə hakimin qərarı ilə qarşılaşmaya yarım saata yaxın fasilə verilib.
48-ci dəqiqədə Danimarka millisinin üzvü, İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Yoakim Andersen topu qapıdan keçirib, lakin bu qol da ofsayd səbəbilə VAR tərəfindən qeydə alınmayıb.
53-cü dəqiqədə isə Andersen öz cərimə meydançasında əli ilə oynayıb və penaltini London “Arsenal”ının yarımmüdafiəçisi Kay Havertz effektiv şəkildə yerinə yetirib – 1:0.
68-ci dəqiqədə Niko Şlotterbekin uzun ötürməsindən sonra Camal Musiala topu qapıdan keçirib. O, bu turnirdə üçüncü qolunu vurub.
Görüş bu hesabla başa çatıb və bununla da Almaniya mərhələ adlayan tərəf olub. Almanlar 1/4 finalda İspaniya - Gürcüstan matçının qalibi ilə qarşılaşacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top