Qoydan kəndində sakinlər köçürülür – Foto


İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bunu nəzərə alaraq Nazirlik tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.
Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top