
“Xaçmaz rayonu ərazisində yaşayan 27 yaşlı Müseyibov Elşad İmran oğlu 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.