
İsrail ordusunun 2023-cü ilin oktyabrında anklavda keçirdiyi hərbi əməliyyatların başlamasından bu yana İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində 37,8 min fələstinli ölüb, 86,8 min fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü nəticəsində həlak olanların sayı 37 834, yaralananların sayı 86 858 nəfərdir”, - deyə nazirlik bildirib.
Həmçinin, Səhiyyə Nazirliyinin bildirdiyi kimi, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması nəticəsində 40 fələstinli həlak olub, 224 fələstinli yaralanıb.