Xankəndidə avtomat, pulemyot, tapança aşkarlandı


Xankəndidə silah-sursat aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Məlumata görə, həyata keçirilən tədbirlərlə 22-28 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilib.
Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron, Laçın rayonu ərazisindən 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar olunub.

DİGƏR XƏBƏRLƏR

Top