
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün növbəti tranşı təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında bildirilib.
Sənədə görə, bunun nəticəsində Kiyev Genişləndirilmiş Kredit Mexanizmi (EFF) çərçivəsində 2,2 milyard dollarlıq daha bir tranş alacaq.
“Bu gün BVF-nin İcraçı Direktorlar Şurası EFF-nin Ukrayna üzrə dördüncü baxışını başa çatdırıb və bu, Ukraynaya büdcəni dəstəkləmək üçün təxminən 2,2 milyard dollar ayırmağa imkan verib”, - sənəddə qeyd edilib.
Beləliklə, BVF-nin kredit proqramı üzrə ödənişlərinin ümumi həcmi təxminən 7,6 milyard dollar təşkil edib.
“Çətin şərtlərə baxmayaraq, Ukraynanın EFF çərçivəsində iqtisadi göstəriciləri yüksək olaraq qalır”, - bəyanatda qeyd edilib.
BVF ekspertlərinin fikrincə, Ukrayna iqtisadiyyatı sabit qalmaqda davam edir, baxmayaraq ki, onun perspektivləri son dərəcə yüksək qeyri-müəyyənliyə məruz qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz