“Samsung” ABŞ-də smartfon satışında “Apple”ı geridə qoydu


““Samsung” ABŞ-nin daxili bazarında smartfon satışına görə ilk dəfə olaraq “Apple”ı geridə qoyub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WCCFTech” xəbər verir.
Bildirilir ki, CIRP analitik şirkətinin son məlumatlarına görə, “Samsung” son 12 ayda bazarın 38%-ni, “Apple” isə 33%-ni ələ keçirib.
Mütəxəssislər “Samsung”un uğurunu şirkətin həm flaqman “Galaxy S” modellərini, həm də “Galaxy A” seriyası kimi münasib variantlarını özündə cəmləşdirən geniş məhsul portfeli ilə əlaqələndirirlər.
Bu, Koreya nəhənginə daha geniş istehlakçı auditoriyasını cəlb etmək imkanı verir. “Apple” premium modellərə diqqət yetirməyə davam edir, yalnız “iPhone SE” 500 dollardan aşağı qiymətə satılır.
2023-cü ilin dördüncü rübünə olan məlumata görə, dünyada ən çox satılan smartfonlar “iPhone 15”, “iPhone 13” və “Samsung Galaxy S23 FE”-dir.

DİGƏR XƏBƏRLƏR

Top