SOCAR-ın borcları 18,9 milyarddan 17,8 milyarda düşüb

socar 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – siyahı
Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli borcları 12 milyard 127 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin illik maliyyə hesabatında yer alıb.
Qeyd edək ki, 2022-ci illə müqayisədə SOCAR-ın uzunmüddətli borcları 9% və ya 993 milyon manat artıb.
Onu da bildirək ki, SOCAR-ın qısamüddətli borcları ilə uzunmüddətli borc öhdəliklərinin cari hissəsi cəmi 5 milyard 707 milyon manat olub. Son bir ildə bu göstərici 26,3% və ya 2 miyard 39 milyon manat azalıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə SOCAR-ın ümumi borc öhdəliyi 18 milyard 880 milyon manatdan 17 milyard 837 milyon manata düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top