
2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında təxminən 625 min fələstinli uşaq 8 aydan çox müddətə məktəbə getmək imkanından məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Təşkilatın məlumatına görə, eskalasiya başlamazdan əvvəl onlardan 300 minə yaxını UNRWA məktəblərində təhsil alıb.
Anklav hakimiyyətinin mətbuat xidmətinin “Telegram” kanalında dərc etdiyi son məlumatlara görə, ümumilikdə 15,8 min uşaq atışma nəticəsində Qəzzada hərbi əməliyyatların qurbanı olub.
Sektordakı 112 təhsil müəssisəsi tamamilə məhv edilib, 323 təhsil müəssisəsi isə dağıntıya məruz qalıb.