Boliviyada dövlət çevrilişinə cəhdə görə 17 nəfər saxlanıldı


Boliviya hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhdlə bağlı 17 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo “Kanal 26” telekanalında yayımlanan mətbuat konfransında məlumat verib.
“Artıq Baş Prokurorluğun əmri ilə 17 nəfər saxlanılıb”, - nazir bildirib.
Del Kastilyo həmçinin bildirib ki, saxlanılanlar arasında Boliviya hakimiyyətinin “çevrilişin ideoloqları” hesab etdiyi şəxslər də var.
Boliviya polisi hazırda may ayından hazırlıqları davam etdirilən qiyamda əli olmaqda şübhəli bilinən daha üç hərbçinin axtarışını davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top