SOCAR əmək haqları üçün 2,4 milyard manat xərcləyib


Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) əmək haqqı, maaş və sosial müdafiə xərcləri 2 milyard 444 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat SOCAR-ın açıqladığı illik maliyyə hesabatında yer alıb.
Bildirilir ki, SOCAR-ın işçilərə ödədiyi əmək haqqı əvvəlki illə müqayisədə 4% və ya 92 milyon manat artıb.
Məlumat üçün onu da qeyd edək ki, 2022-cü ildə SOCAR-ın ümumi xərcləri 110  milyard 650 milyon manat, 2023-cü ildə isə 83 milyard 565 milyon manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top