Brüssel Tbilisini Aİ-yə qəbul prosesini dayandırmaqla hədələdi


Avropa İttifaqı (Aİ) sammiti Gürcüstanı xarici agentlər haqqında qanuna görə Aİ-yə qəbul prosesini dayandırmaqla hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında qeyd edilib.
“Xarici təsirin şəffaflığı haqqında qəbul edilmiş qanun Avropa Komissiyasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən yayınmadır. Aİ Gürcüstan hakimiyyətini niyyətlərini aydınlaşdırmağa və Gürcüstanın Aİ-yə gedən yolunu məhv edən və üzvlük prosesinin faktiki olaraq dayandırılmasına səbəb olan hazırkı fəaliyyət kursunu dəyişməyə çağırır”, - bəyanatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top