
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha bir hərbçisinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Nahal” briqadasının 931-ci batalyonundan olan 19 yaşlı çavuş Eyal Şayns Fələstin anklavının cənub hissəsində aparılan döyüş əməliyyatları zamanı həlak olub.
Bu məlumatları nəzərə alaraq, Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin sayı 667 nəfərə çatıb.