“İtkilər səbəbindən münaqişənin uzanmasını istəmirik” – Zelenski


“Ukrayna münaqişənin uzanmasını istəmir, çünki onun döyüş meydanında çoxlu yaralı və ölənləri var”.
Yeniavaz.com
xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski Avropa İttifaqının sammitinə gedərkən deyib.
“Biz təmzimləmə planını bir neçə ay ərzində masaya qoymalıyıq. Çox vaxtımız yoxdur, çünki döyüş meydanında çoxlu yaralı və ölənlərimiz var. Biz istəmirik ki müharibə illərlə davam etsin. Ona görə də biz bu sülh planını ikinci Sammitə qədər hazırlamaq istəyirik”, - Zelenski bildirib.
Prezident əlavə edib ki, bir neçə ölkənin Moskva ilə nizamlanmanı müzakirə etmək zərurətini elan etdiyi İsveçrədəki konfransdan sonra Ukraynanın Rusiya Federasiyası ilə heç bir əlaqəsi olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top