Stoltenberq Zelenski ilə görüşəcək


NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş alyansın mənzil-qərargahında baş tutacaq.
Mətbuat xidmətinin məlumatına görə, görüş bağlı qapılar arxasında keçiriləcək.
Görüşün təfərrüatları ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Zelenski Aİ və Ukrayna arasında təhlükəsizlik sazişinin imzalanacağı gözlənilən Aİ sammitinin ilk iclasında çıxış etmək üçün Brüsseldədir.

DİGƏR XƏBƏRLƏR

Top