Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirilə bilər


Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlüyün mümkünlüyü məsələsini referenduma çıxara bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı “LSM.lv” telekanalına müsahibəsində bildirib.
“Cəmiyyətimizin bir qərarı var - Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə Ermənistanın Aİ-yə üzv olması üçün referendumun keçirilməsi ilə bağlı müzakirələr getdi. Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bizdə bu referendum olacaq və mən əminəm ki, xalqımız “hə” deyəcək”, - spiker deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanda dörd siyasi partiya Baş nazir Nikol Paşinyana müraciət edərək, ölkədə Aİ-yə üzvlük məsələsi ilə bağlı ümumxalq referendumunun keçirilməsini tələb edib. Onlar qərbyönlü siyasi və ictimai qüvvələrin iştirakı ilə parlamentdə dinləmələr də keçirib.

DİGƏR XƏBƏRLƏR

Top