Tehran meri prezident seçkilərində namizədliyini geri götürdü


Tehran şəhərinin meri Əlirza Zəkani mühafizəkarlar qanadından daha iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlilinin xeyrinə İran prezidentliyinə seçkilərdə namizədliyini geri götürüb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə heabında məlumat yayıb
“Mən seçki yarışının qanunla müəyyən edilmiş müddətinin sonuna çatmışam. Lakin mərhum prezident İbrahim Rəisinin kursunu davam etdirmək daha vacibdir. Mən Cəlili və Qalibafdan xahiş edirəm ki, birləşin, inqilab qüvvələrinin haqlı tələblərini cavabsız qoymayın”, - Zəkani bildirib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top