Ödəniş kartlarının sayı 18 milyona çatır


Azərbaycanda fəaliyyətdə olan bankların və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 17 milyon 867 min ədəd olub.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,2% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 22,1%, kredit kartları üzrə 15,3% təşkil edib.
May ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb. 2024-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 259 milyon manat olub. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 245,6 milyon manatı elektron ticarətin payına düşüb. Digər ödənişlərin 1 milyard 3,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,2 %-ni təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top