Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı


Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 147,5 milyon manat, cəmi öhdəlikləri isə 42 milyard 817,8 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, ötən ay bankların kredit portfeli 2,1% və ya 513,7 milyon manat artaraq 25 milyard 158,2 milyon manat olub.
Kredit portfelinin 54,8%-ini (13 milyard 784,7 milyon manat) biznes kreditləri, 29,7%-ini (7 milyard 480,2 milyon manat) istehlak kreditləri, 15,5%-ini (3 milyard 893,3 milyon manat) isə ipoteka kreditləri  təşkil edib.
Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,5 faiz bəndi azalaraq 1,8% olub.
Fiziki şəxslərin əmanətlərinin 64,8%-i (8 milyard 684,6 milyon manat) milli valyutada, 35,2%-i (4 milyard 714,9 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3,3 faiz bəndi azalaraq 34,7% təşkil edib.
2024-cü ilin yanvar – may ayında banklar tərəfindən 519,7 milyon manat xalis mənfəət əldə edilib. Bu ilin ilk 5 ayında banklar tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bundan başqa, 31 may 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 483, şöbələrinin sayı 97, ATM-lərin sayı 3 min 61 olub. May ayında bank sektorunda çalışanların sayı 0,3% və ya 78 nəfər artaraq 24 min 188 nəfər təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top