Birinci Qarabağ müharibəsinin şəhidi Xaçmazda dəfn edildi – Fotolar


Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.
Burada şəhidlə vida mərasimi keçirilib və nəşi Xaçmaz rayonu Nərəcan kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.




DİGƏR XƏBƏRLƏR

Top