
Ukrayna Prezidenti Vladimir Zelenski iyunun əvvəlində parlament tərəfindən qəbul edilən “Ölkədə ingilis dilinin fəaliyyəti haqqında” qanunu imzalayıb.
Yeniavaz.com “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Vladimir Zelenski ingilis dilinin işləməsi ilə bağlı qanun layihəsini ötən il Radaya təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü yalnız bu il iyunun 4-də ikinci oxunuşda qəbul edib. Sənəd ingilis dilinin Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri statusunu almasını təklif edir.
Həmçinin qanuna əsasən, Ukraynada məmurlar, müqavilə əsasında xidmət edən hərbi qulluqçular, orta və yüksək rütbəli polis zabitləri və digərləri ingilis dilini bilməlidirlər. Bilikləri Elm və Təhsil Nazirliyinin təşkil etdiyi ödənişsiz imtahanda yoxlanılacaq.