
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi seçilən Mark Rutte ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, Prezident Mark Rutteyə yeni vəzifəsində uğurlar arzulayıb.
Rutte görüş zamanı verdiyi dəstəyə görə Prezident Ərdoğana təşəkkür edib.
Türkiyə Prezidenti AK Partiya Qrup Toplantısı sonrası verdiyi açıqlamada Rutte ilə ABŞ-nın paytaxtı Vaşinqtonda görüşəcəklərini deyib.