ICQ messenceri işləməyi dayandırdı


VK şirkətinə məxsus ICQ messencerinin fəaliyyəti dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə messencerin saytında məlumat verilib.
İstifadəçilərə “VK Messenger”də dostları ilə və “VK WorkSpace”də həmkarları ilə ünsiyyət qurmaq tövsiyə olunur.
Messencerin bağlanılması mayın sonunda elan edilib. Şirkət əsas diqqətini “VK Messenger” və “VK WorkSpace”in inkişafına yönəldəcəyini bildirib. ICQ əməkdaşları bu iki platformanın komandalarına qoşulacaqlar.
Xatırladaq ki, ICQ messencerini 1996-cı ildə İsrailin “Mirabilis” şirkəti yaradıb. 2010-cu ildə “Mail.ru Group” ​​(2021-ci ildə VK oldu) tərəfindən satın alınıb. 2000-ci illərdə ICQ rus İnternet istifadəçiləri arasında ən populyar ünsiyyət proqramlarından biri olub, sonra onu digər ani mesajlaşma proqramları əvəz edib. ICQ-da sonuncu böyük yeniləmə 2020-ci ildə həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top