“Rəfah keçid məntəqəsində İsrail qüvvələrinə hücum etmişik” – HƏMAS


Fələstinin HƏMAS hərəkatı qoşunlarının Rəfah keçid məntəqəsi yaxınlığında İsrail hərbçilərinə və Misirlə sərhəd yaxınlığında İsrail ordusunun nəqliyyatına hücum etdiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” qrupunun teleqram kanalında məlumat verilib.
“Tərəfdarlar Rəfah quru keçidi ərazisində bir qrup İsrail əsgərinə hücum ediblər”, - məlumatda deyilir.
Bundan əlavə, “İzzəddin əl-Qəssam Briqadaları”nın Rəfah şəhərinin cənubunda Misirlə sərhəd yaxınlığında İsrail ordusunun texnika mövqelərini bombaladığı iddia edilir. Radikal qrup aksiyaların nəticələri barədə məlumat verməyib.
Hadisələrlə bağlı İsrail tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top