Dağıstanda keçmiş rayon rəhbəri həbs edildi – Oğulları terrorda şübhəli bilinir

Sergey Melikov rayon rəhbərini işdən çıxartdı – Oğulları terrorda şübhəli bilinir
Mahaçqalanın Leninski Rayon Məhkəməsi oğulları Dağıstanda terror aktında iştirak etməkdə şübhəli bilinən Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovu 10 sutka müddətinə həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat yayıb.
Ömərov xırda xuliqanlıq maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsi) ilə həbs edilib. Mamayeva Ömərovun konkret nədə ittiham olunduğunu açıqlamayıb.
TASS-ın Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, Ömərov terrorçulara kömək etməkdə ittiham oluna bilər.
Xatırladaq ki, İyunun 23-də axşam saatlarında Dağıstanın iki şəhərində silsilə terror aktları baş verib. Məlumata görə, Dərbənd və Mahaçqalada silahlılar iki pravoslav kilsəsini, iki sinaqoqu və yol polisi postunu atəşə tutublar. Hadisə nəticəsində 21 nəfər ölüb, 26 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər var. Rusiya İstintaq Komitəsi faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi açıb. Hadisədən sonra Dağıstanın rəhbəri Sergey Melikov oğulları terror aktında iştirak etməkdə şübhəli bilinən Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovu vəzifəsindən azad edib.

DİGƏR XƏBƏRLƏR

Top