Naço “Real”dan getdi


İspaniyalı müdafiəçi və “Real Madrid”in kapitanı Naço Fernandes Madrid klubunu tərk etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Real Madrid”in mətbuat xidməti bəyanat yayıb.
““Real Madrid” klubun kapitanı Naço Fernandesin klubdan ayrılmaq qərarına gəldiyini elan edir. “Real Madrid” klubun ən böyük əfsanələrindən biri olan Naço Fernandesə öz təşəkkürünü bildirmək istəyir”, - deyə klubun bəyanatında bildirilib.
Qeyd edək ki, Fernandesin 34 yaşı var. O, “Real Madrid”in yetirməsidir və 2011-ci ildən əsas komandada çıxış edir.
Müdafiəçi komandanın heyətində 364 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib. “Real Madrid”lə Fernandes altı dəfə Çempionlar Liqasının qalibi, dörd dəfə İspaniya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb. O, İspaniya millisi ilə 2023-cü ildə Millətlər Liqasının qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top