Dilan və Engin Polatla bağlı yeni qərar


Türkiyədə həbs edilmiş sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və atası Sezgin Polat barədə yeni qərar verilib.
Yeniavaz.com
Türkiyə mediasına istinadla xəbər verir ki, Polat ailəsi bu gün hakim qarşısına çıxıb.
Məhkəmə Banu Parlakın şikayəti ilə bağlı onların sərbəst mühakimə olunmasına qərar verib. Bildirilir ki, buna səbəb ötən həftələrdə B. Parlakın şikayətini geri götürməsi olub.
Ancaq təqsirləndirilən şəxslərin çirkli pulları yuma, vergidən yayınma kimi digər işlər üzrə həbsləri davam edəcək.
Qeyd edək ki, onlar üçün bu iş üzrə məhkəmədə 8 ilə qədər həbs cəzası tələb edilirdi.
Xatırladaq ki, ötən il noyabrın 1-də Türkiyədə fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat da daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top