
Ermənistanda hərbi hissələrin birində əsgər ölüb.
Yeniavaz.com “Sputnik Ermənista”a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saat 09:40 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib.
"Vəziyyəti kəskin pisləşən əsgər David Nersisyan təcili xəstəxanaya çatdırılıb. Səhər saat 10:00 radələrində ölüm qeydə alınıb", - məlumatda deyilir.
Qeyd olunub ki, əsgərin ölümü ilə bağlı cinayət işi açılıb və ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla bağlı ilkin araşdırmanın aparıldığı bildirilir.