Bakıda əmək haqqı 40 manat artıb – Rəsmi


Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 282 manat 60 qəpik olub.
Yeniavaz.com
Bakı Şəhər Statistika İdarəsindən açıqlanan sonuncu rəsmi məlumata istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-mart) müqayisədə 38 manat 90 qəpik artıb.
Belə ki, bu ilin yanvar-mart aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 243 manat 70 qəpik olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top