ABŞ Benin, Fil Dişi Sahili və Qanada hərbi bazalar yarada bilər – KİV


ABŞ Benin, Fil Dişi Sahili və ya Qanada yeni hərbi bazalar yarada bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “AES INFO” xəbər portalı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunun bu həftə Afrikaya səfərini şərh edərkən bildirib.
Portal qeyd edir ki, səfərin məqsədi bu yaxınlarda böyük hərbi layihənin həyata keçirilməsində kömək üçün Rusiyaya müraciət etmək qərarına gələn Nigerə alternativ tapmaqdır ki, bu da ABŞ üçün böyük uğursuzluq deməkdir.
“Qərbi Afrikada artıq əməkdaşlıq etdiyimiz ölkələr var”, - deyə nəşr Braunun səfərdə onu müşayiət edən jurnalistlərlə söhbətindən sitat gətirib.
Komitə sədri hansı ölkələrin müzakirə edildiyini açıqlamasa da, başqa bir yüksək vəzifəli məmur ABŞ Prezidenti Co Bayden administrasiyasının ilkin danışıqlar apardığı ölkələrə Benin, Fil Dişi Sahili (Kot-d'İvuar kimi də tanınır) və Qananın da daxil olduğunu bildirib.
Portalın məlumatına görə, Pentaqon üçün Nigerə qısa bir vaxtda adekvat variant tapmaq mümkün olmayacaq. Buna görə də, amerikalılar yaxın gələcəkdə böyük hərbi bazanın tikilməsini və ya böyük qoşun kontingentinin Afrikada yerləşdirilməsini gözləmirlər.
Qeyd edək ki, mart ayında Niger Şimali Afrika ölkəsində pilotsuz uçuş aparatları sahəsi açmaq üçün ABŞ ilə hərbi razılaşmanı dayandırıb. Hakimiyyət orqanları buna səbəb kimi müqavilənin dövlətin və xalqın maraqlarına cavab vermədiyini göstəriblər.
Xatırladaq ki, 2023-cü ilin sonunda Nigerdə ​​təxminən 1100 ABŞ hərbi qulluqçusu var idi, onların əksəriyyəti Aqadez yaxınlığındakı hava qüvvələri bazasında idi. 2023-cü il dekabrın 4-də Nigerin milli müdafiə naziri general Salifu Modi və Rusiya Müdafiə Nazirliyinin rəis müavini general-polkovnik Yunus-Bek Yevkurov müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş qarşılıqlı anlaşma sənədi imzalayıblar. Aprel ayında isə Niger dövlət televiziyası son nəsil silahları çatdıran rusiyalı təlimatçıların Niameyə gəldiyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top