“Putinlə dialoqa hazıram” – Makron


Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Generation Do It Yourself” podkastında qeyd edib.
“Mən Vladimir Putinlə dialoqu davam etdirərdim. Müxtəlif mövzularda söhbətin mümkünlüyünü istisna etmirəm”, - Makron bildirib.
Makron həmçinin son aylarda aralarında heç bir dialoqun olmadığını qeyd edib.
Makron qeyd edib ki, o, dialoqun gücünə inanır. “Mən tamamilə səmimi deyirəm: inanıram ki, dialoqun davam etdirilməsi həmişə vacibdir”, - Prezident vurğulayıb.
Qeyd edək ki, Putin də daha əvvəl demişdi ki, Fransa tərəfinin belə bir marağı olarsa, Moskva Parislə qarşılıqlı dialoqa hazırdır. Rusiya dövlət başçısı həmçinin Makronla bundan əvvəl yaxşı işgüzar münasibətləri olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top