
İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin bacısı İsmayıl Haniyə də daxil olmaqla azı 13 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, zərbə hərəkat liderinin Qəzza şəhərinin qərbindəki qaçqın düşərgəsində yerləşən evinə yönəlib.
Qeyd edək ki, bu il aprelin 10-da Həmas rəhbərliyi İsrail ordusunun Qəzzanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində Haniyənin üç oğlu və dörd nəvəsinin həlak olduğunu təsdiqləyib . İsrail ordusu Haniyənin hər üç oğlunun - Əmir, Məhəmməd və Hazemin Həmas silahlı qruplarının fəaliyyətində iştirak etdiyini iddia edib. Haniyə ölənlərin hərəkatın üzvləri olduğunu təkzib edib.