Avro-2024: Xorvatiya qələbəni son anda əldən verdi, qrupda qaldı – Video


Almaniyada keçirilən Avro-2024-də B qrupunda III turun oyunları keçirilib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlki mərhələdə 1/8 finala vəsiqə qazanan İspaniya Albaniyanı 1:0 hesabı ilə məğlub edərək 9 xalla birinci yeri tutub.
İspanların yeganə qolunu 13-cü dəqiqədə “Barselona”nın hücumçusu Ferran Torres vurub.

Xorvatiya millisi isə hazırkı Avropa çempionu İtaliya millisi ilə qarşılaşmada son saniyələrdə qələbəni əldən verib. 54-cü dəqiqədə “Real Madrid”in 38 yaşlı yarımmüdafiəçisi Luka Modriç penaltidən yararlana bilməyib. Lakin o, 1 dəqiqə sonra italyanların qapıçısı Canluici Donnarummanı məğlub etməyi bacarıb və xorvatlar hesabda önə keçiblər – 1:0.
Əlavə olunmuş vaxtın 8-ci dəqiqəsində Roma “Latsio”sunun hücumçusu Mattia Dzakani cavab qolunu vuraraq, Luçano Spalettinin rəhbərlik etdiyi komandanı məğlubiyyətdən xilas edib.
İtaliya 4 xalla ikinci yeri tutaraq 1/8 finala yüksəlib və İsveçrə yığmasının rəqibi olub.
Xorvatiya isə 2 xalla üçüncü sırada qərarlaşıb və pley-offa çıxmaq imkanından məhrum olub. Albaniya da 1 xalla sonuncu yeri tutaraq mübarizəni tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top