Sergey Melikov rayon rəhbərini işdən çıxartdı – Oğulları terrorda şübhəli bilinir


Dağıstanın rəhbəri Sergey Melikov oğulları terror aktında iştirak etməkdə şübhəli bilinən Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovu vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hesab edirəm ki, burada tam məsuliyyət olmalıdır. Onun təqsirinin dərəcəsini və ya baş vermiş faciədə iştirakının mümkünlüyünü şərh etməyəcəyəm - bu, istintaq orqanlarının vəzifəsidir. Amma onun iştirakı təsdiqlənərsə, o zaman məsuliyyət tam olacaq”, - Məlikov bildirib.
Bildirilir ki, bir gün əvvəl Maqomed Ömərov oğullarının Mahaçqala və Dərbənddəki hücumlarda iştirakına görə saxlanılıb. “Baza” telegram kanalının məlumatına görə, terror aktında Ömərovun oğulları Osman və Adil, həmçinin bacısı oğlu Abdusaməd Amadziyev iştirak edib.
“Baza”nın məlumatına görə, dindirmə zamanı Ömərov, bir neçə ildir ki, oğullarının və bacısı oğlunun vəhhabi olduğunu bildiyini deyib. Ömərovun sözlərinə görə, son illər oğulları ilə əlaqə saxlamayıb.
Xatırladaq ki, İyunun 23-də axşam saatlarında Dağıstanın iki şəhərində silsilə terror aktları baş verib. Məlumata görə, Dərbənd və Mahaçqalada silahlılar iki pravoslav kilsəsini, iki sinaqoqu və yol polisi postunu atəşə tutublar. Hadisə nəticəsində 15 polis ölüb, 13 polis yaralanıb. Rusiya İstintaq Komitəsi faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi açıb. Bütün Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top