
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa Çempionatının oyunlarında futbolçuların meydançada təhlükəsizliyini artırmaq üçün tədbirlər görəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” nəşri mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb qrup mərhələsinin 2-ci turunda “Siqnal İduna Park” stadionunda baş tutan Türkiyə-Portuqaliya oyununda 10 yaşlı azarkeşin meydançaya daxil olaraq Kriştianu Ronaldo ilə selfi çəkdirməsi olub.
Məlumata görə, UEFA azarkeşlərin daha meydançaya girə bilməməsi üçün təhlükəsizlik əməkdaşlarının sayını artıracaq.
Qeyd edək ki, Türkiyə və Portuqaliya arasında oyun 3:0 hesabı ilə sonuncunun xeyrinə başa çatıb. Portuqaliyanın qollarını Bernardo Silva və Bruno Fernandes vurub. Türkiyə millisinin futbolçusu Səməd Akaydın isə anlaşılmazlıq nəticəsində öz qapısına daha bir qol göndərib.