Azərbaycanda professor və dosentlərin sayı artıb


Azərbaycanda fəaliyyət göstərən dövlət ail təhsil müəsssisələrində 14 min 282 müəllim fəaliyyət göstərir.
Yeniavaz.com
xəbər verir ki, son bir ildə müəllimlərin sayı 650 nəfər və ya 4,8% artıb.
Qeyd edək ki, dövlət aili təhsil müəsssisələrində işləyən müəllimlərin 8%-i (1 137 nəfər) elmlər doktoru, 38,6%-i isə (5 518 nəfər) fəlsəfə doktoru elmi dərəcəsinə sahib olub.
Bundan başqa müəllimlərin 977 nəfəri professor, 3 653 nəfəri isə dosent elmi adı daşıyıb.
Onu da bildirək ki, son bir ildə dövlət aili təhsil müəsssisələrində işləyən professorların sayı 2,2% (21 nəfər), dosentlərin sayı isə 1,4% (49 nəfər) artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top