ABŞ səfiri Rusiya XİN-ə çağırıldı


ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
TASS-a istinada xəbər verir ki, bu barədə Rusiya diplomatik departamenti məlumat yayıb.
Məlumata görə, ona Sevastopoldakı terror aktı ilə bağlı demarş verilib.
“İyunun 24-də Rusiya Xarici İşlər Nazirliyində ABŞ-nin Rusiyadakı diplomatik missiyasının çağırılmış rəhbəri Treysi ilə söhbət zamanı ona Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin yeni qanlı cinayəti ilə bağlı demarş verilib”, - məlumatda bildirilib.
Xarici İşlər Nazirliyi Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-nin Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla, o cümlədən ATACMS raketləri ilə təchiz etdiyini vurğulayıb.
Rusiya diplomatik xidmətinin məlumatında həmçinin qeyd edilib ki, Rusiya ABŞ-nin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə təşviqi ilə əlaqədar cavab tədbirləri görəcək.
“Bu cür hərəkətlər, şübhəsiz ki, cəzasız qalmayacaq”, - Rusiya diplomatik xidməti vurğulayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Sevastopol şəhərinə hücumu nəticəsində 4 mülki şəxs həlak olub. 153 mülki şəxs yaralanıb. Ukrayna Silahlı Qüvvələri hücumda ATACMS raketlərindən istifadə edib.
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Sevastopolda fövqəladə vəziyyət elan edilib. Rusiya İstintaq Komitəsi “terror aktı” (205-ci maddə) maddəsi ilə cinayət işi açıb. Sevastopol hakimiyyəti 24 iyunu matəm günü elan edib.

DİGƏR XƏBƏRLƏR

Top