Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul etdi


Avropa İttifaqı (Aİ) 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyanın 116 fiziki və hüquqi şəxsinə qarşı məhdudiyyətlər tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunan sənəddə qeyd olunub.
“Bugünkü paket Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan daha 116 fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirləri ehtiva edir”, - deyə mətndə qeyd edilib.
Avropa İttifaqı həmçinin “Yeddilik Qrupu”nun qiymət tavanlarına baxmayaraq, 27 gəmiyə, o cümlədən Rusiya nefti və neft məhsullarını daşıdığı iddia edilən gəmilərə qarşı sanksiyalar tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top