Qəzzada ölənlərin sayı 37,5 mini keçdi


2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 37,6 minə yaxın fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada törətdiyi təcavüz nəticəsində qurbanların sayı artaraq 37 min 598 nəfərə çatıb, daha 86 min 32 nəfər yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Bildirilib ki, təkcə son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 47 fələstinli ölüb, daha 121 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top