Hava nəqliyyatında sərnişin daşınması kəskin artıb


Bu ilin ilk 5 ayında Azərbaycanda nəqliyyat sektorunda 802 milyon 655,6 min sərnişin daşınıb.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınması 8,1% artıb.
Qeyd edək ki, ən böyük artım hava nəqliyyatında qeydə alınıb. Hava nəqliyyatında 5 ay ərzində 1 milyon 393,6 min sərnişin daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 44,2% artıb.
Bundan başqa, sərnişin daşınması taksi nəqliyyatında 14,5%, dəmir yolu nəqliyyatında 20,9%, dəniz nəqliyyatında 26,7%, metro nəqliyyatında 3,6%, avtobus nəqliyyatında isə 8,3% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top