Azərbaycana hansı ölkələrdən dondurma gətirilir? – Siyahı + Qiymətlər


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana xarici ölkələrdən 218,74 ton dondurma idxal edilib.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan dondurmanın təxminən yarısı – 102,62 tonu Rusiyadan gətirilib.
Bu ölkədən idxal olunan dondurmanın 1 kiloqramının orta gömrük dəyəri 3,6 dollar (6,1 manat) olub.
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana aşağıdakı ölkələrdən dondurma idxal edilib:
Rusiya – 102,62 ton (1 kiloqramı 6,1 manat)
Türkiyə – 80,45 ton (1 kiloqramı 11,1 manat)
Belarus – 26,64 ton (1 kiloqramı 6,1 manat)
Qazaxıstan –7,31 ton (1 kiloqramı 5,7 manat)
İran – 1,71 ton (1kiloqramı 3,9 manat)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top