
İnsan oğlu səhv edə və ya səhv yola düşə bilər. Bu da təbii ki, onu düşündürür. Hətta bəzən bu, insanın ruh dünyasında sağalmaz yaralar açır. Bəs bundan xilas olmaq mümkündürmü? Əslində, mümkündür. Bunun üçün isə…
1. Səhv etdikdə və ya səhv yola düşdükdə, əgər səhvimizi anlamışıqsa, bunu tez-tez yada salmağa ehtiyac yoxdur.
2. Səhv etmək imkanlarımızla hədəfə çatmaq imkanlarımızın bir bütöv təşkil etdiyini bilməliyik.
3. Səhvlərimizin inkişafımıza kömək etdiyini qəbul etməliyik.
4. Səhvlərimizdən bacardığımız qədər uzaq olmağa çalışmalıyıq.
5. Səhvlərimizin bizi tərbiyə etdiyini unutmamalıyıq.
6. Bir də unutmamalıyıq ki, insan səhvlərini düşünməklə heç bir şeyə nail ola bilməz.
Peyğəmbər Əfəndimiz (s.ə.s.) buyurur: “Mömin yaxşılıq görsə, şükür edər, pislik görsə, səbir edər. Beləcə, hər ikisi də haqqında xeyirli olar”…
İmam Tirmizidən soruşdular:
- Əsl insan kimdir?
Cavab verdi:
- Günahlarının və xətalarının zəlili olmayan insan...
İnsana bəxş edilən dözüm əslində, yaşadığı zaman üçündür. Bunu keçmişin kədərli xatirələrinə, gələcəyin tərəddüdlərinə həsr etmək isə həyatımızı zindana çevirə bilər. Elə isə, həyatın sürprizlərini düşünüb ümidsizliyə qapılmayaq. Unutmayaq ki, xoşbəxt olmaq öz əlimizdədir…
Murad Məmmədov