Xoruldama və hipertoniya arasında hansı əlaqə var? – Yeni araşdırma


Avstraliyanın Flinders Universitetinin həkimləri araşdırma nəticəsində müəyyən ediblər ki, mütəmadi olaraq xoruldayan insanlarda, xüsusən də orta yaşlı və artıq çəkili kişilərdə yüksək qan təzyiqi və nəzarətsiz hipertoniyanın inkişaf riski daha yüksəkdir.
Yeniavaz.com
“Planet Today”ə istinadla xəbər verir ki, araşdırmanın nəticələri “Digital Medicine” portalında dərc olunub.
Məqalədə qeyd olunur ki, xoruldama və hipertoniya arasındakı əlaqəni öyrənmək üçün bir neçə gecəlik ailə monitorinqindən istifadə edilib.
Bildirilir ki, xoruldama digər müşayiət olunan şərtlərdən asılı olmayaraq ürək-damar xəstəliklərinin faktorudur:
“Bununla belə, əvvəlki tədqiqatların əksəriyyəti iştirakçıların öz hesabatlarına əsaslanırdı. Bu tədqiqatda isə xoruldamağı obyektiv qiymətləndirmək üçün bir neçə ay ərzində döşəyin altına yerləşdirilən sensor texnologiyasından istifadə edib. Tədqiqatda 12 min287 nəfər iştirak edib və altı ay ərzində hər gecə monitorinq aparılıb. Nəzarətsiz hipertoniyanın olub-olmadığını müəyyən etmək üçün gündə bir neçə dəfə iştirakçıların təzyiqləri ölçülüb”, - məqalədə deyilir.
Bildirilir ki, iştirakçıların orta yaşı 50 olub və onların əksəriyyətini kişilər (88 faiz) təşkil edib. 2467 iştirakçıda (20 faiz) nəzarətsiz hipertoniya qeydə alınıb. İştirakçıların təxminən 29 faizi yuxu vaxtının təxminən 10 faizini, 14 faizi 20 faizdən çoxunu, 7 faizi isə yuxu vaxtının 30 faizindən çoxunu xoruldayıb.
“Tədqiqatın nəticələri göstərdi ki, yuxu vaxtının 12 faizindən çoxunu xoruldayanların hipertoniya riski təxminən iki dəfə çoxdur. Tədqiqatda xoruldama və onun potensial mənfi nəticələrini müəyyən etmək üçün sadə, obyektiv və qeyri-invaziv üsullardan istifadə olunub. Bu üsullar klinik praktikada və ürək-damar xəstəliklərinin qarşısının alınmasında faydalı ola bilər”, - məqalədə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top