Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb


Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 8 milyard 432 milyon dollar olub.
Yeniavaz.com
Gürcüstan Milli Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır.
Bu dövrdə qonşu ölkədə ixracın həcmi 9,2% azalaraq 2 milyard 274 milyon dollara, idxal isə 0,7% artaraq 6 milyard 158 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 3 milyard 884 milyon dollarlıq mənfi saldo yaranıb.
Bu ilin ilk 5 ayında Gürcüstanın Azərbaycan ilə olan ticarət dövriyyəsində də azalma olub. İlin ilk 5 ayında Gürcüstan Azərbaycana 253 milyon 618 min dollar dəyərində məhsul ixrac edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6% az olub. Eyni zamanda ilk 5 ay ərzində Gürcüstan Azərbaycandan 246 milyon 361 min dollar dəyərində məhsul idxal edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% azdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top