Azərbaycanda bəy və gəlin arasında ən böyük yaş fərqi neçə il olub?


Azərbaycanda il ərzində yaşı 60-dan yuxarı olan 838 kişi və 306 qadın nikah bağlayıb.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, nikah bağlayan yaşı 60-dan yuxarı kişilərin 2-si 20-24 yaşlı qadınlarla ailə qurub.
Yaşı 60-dan yuxarı olan qadınların 1-i isə 30-34 yaşlı kişi ilə evlənib.
Açıqlanan rəsmi məlumatda, həmçinin qeyd olunur ki, 18-19 yaşlarında 2 kişi 35-39 yaşlarında olan qadınlarla evlənib.
Yaşı 18-dən az olan 2 qadın isə 35-39 yaşlı kişilərlə ailə qurub. Bundan başqa 18-19 yaşlı daha 3 qadın isə 40-44 yaşlı kişilərlə nikaha daxil olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top