Əməkdar rəssam İsa Məmmədov vəfat etdi


Əməkdar rəssam, Qərbi Azərbaycan İcmasının üzvü İsa Məmmədov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə icmanın sosial şəbəkə hesablarında məlumat dərc olunub.
Bildirilib ki, o, iyun ayının 22-də 68 yaşında vəfat edib.
Qeyd olunub ki, İsa Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.
Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.

DİGƏR XƏBƏRLƏR

Top